“Shell” BP-ni satın almaq istəyir

Dünya

04.05.2025 - 14:52

Həkimlər Klinikalar SEO Xidməti

Bu, BP-nin səhmlərinin ucuzlaşmasının davam edib-etməməsindən asılı olacaq

Britaniyanın neft və qaz nəhəngi “Shell” həmkar neft və qaz şirkəti BP-ni almağı düşünür. AYNA.AZ xəbnər verir ki, bu barədə şənbə günü “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, yekun qərar hələ verilməyib. Bu, BP-nin səhmlərinin ucuzlaşmasının davam edib-etməməsindən asılı olacaq.

“Bloomberg” qeyd edir ki, son bir il ərzində onlar öz dəyərinin üçdə birini itiriblər. BP-nin bazar dəyəri hazırda 56 milyard funt-sterlinq (təxminən 74 milyard dollar), “Shell”inki isə 149 milyard funt-sterlinqdir (təxminən 197 milyard dollar).

Bu korporasiyaların mümkün birləşməsi neft-qaz sənayesi tarixində ən böyük satınalmalardan biri olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş