Şərti düşmən hədəfləri məhv edilib – VİDEO

Xəbərlər

26.04.2023 - 10:42

cedabet dərman SEO Xidməti

Döyüşə hazırlıq üzrə normativlər yerinə yetirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Atış çalışmalarında “OSA” və S-125 ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib.

Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş