Sərhədçilər ötən ay axtarışda olan 387 nəfəri saxlayıblar

Xəbərlər

04.12.2023 - 17:48

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədən çıxışı qadağan olunan 408 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

Ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 387 nəfər Dövlət Sərhəd Xidmətinin (DSX) sərhədçiləri tərəfindən saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Qeyd olunub ki, ölkədən çıxışı qadağan olunan 408 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 24 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş