Miloş Vuçeviç tələbə etirazları səbəbindən istefa vermək qərarına gəlib
Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verdiyini açıqlayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Baş nazir ölkədəki tələbə etirazları səbəbindən istefa vermək qərarına gəlib.
Qeyd edək ki, dünəndən etibarən Serbiyanın paytaxtı Belqradda tələbələr etiraz aksiyasına başlayıblar. Belqradın ən böyük nəqliyyat mərkəzlərindən biri olan “Autokomanda”nın qarşısına toplaşan tələbələr yolları bağlayıblar.