Boğaz İranın razılığı olmadan tranzit etməyə çalışan gəmilər üçün bağlıdır
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazına tam nəzarəti ələ keçirdiyini bəyan edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşr qeyd edib ki, bu o deməkdir ki, boğaz İranın razılığı olmadan tranzit etməyə çalışan gəmilər üçün bağlıdır.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün yenidən açıldığını bildirmişdi. Bundan əvvəl SEPAH sözçüsü Hüseyn Mohebi İran və Omanın Hörmüz boğazında gəmiçilikdən əldə edilən gəliri bölüşmək barədə razılığa gəldiyini bildirmişdi.
Bundan əlavə, SEPAH sözçüsü Hörmüz boğazının həm İrana, həm də Omana məxsus olduğunu vurğulayıb. O, “amerikalılar əvvəllər əldə edilmiş razılaşmalara əməl edərsə, su yolunun yenidən açılacağına” söz verib.