Sentyabrın ilk gününün hava proqnozu açıqlanıb

Xəbərlər

31.08.2022 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda və rayonlarda hava yağmursuz keçəcək

Sentyabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 25-30% olacaq.

Rayonlarda da hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 35-39 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş