Şəmkirdə ağır avtomobil qəzası olub
Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
DİN rəsmisi qeyd edib ki, magistral yolda "VAZ-21021 və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirili.