Şəmkirdə qəza: yük və minik avtomobilləri toqquşub

Hadisə

18.08.2024 - 11:24

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nətixəsində 2 nəfər ölüb

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonundan keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərlinin idarə etdiyi "KamAZ" markalı yük avtomobili 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində VAZ-2106-da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş