Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib.
1995-ci il təvəllüdlü Z.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
27 yaşlı qadının hansı səbəbdən dərman içərək özünü zəhərləməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.