Şəmkirdə ev və avtomobil yanıb

Xəbərlər

23.10.2023 - 23:49

cedabet dərman SEO Xidməti

Evin qalan hissəsi yanğından mühafizə olunub

Şəmkir rayon Yuxarı Seyfəli kəndində beşotaqlı ev və bir avtomobil yanıb.

AYNA-nın məlumatına görə, Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü A.Aslanova məxsus birmərtəbəli beşotaqlı evin 170 kvadratmetr sahəsi, həmçinin həyətdə olan "Mercedes" markalı minik avtomobili yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.

Yanğının səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş