Şəmkir sakinlərində narkotik aşkarlanıb

Xəbərlər

09.08.2023 - 13:11

cedabet dərman SEO Xidməti

Maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub

Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və yetişdirməkdə şübhəli bilinən rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində rayon sakinləri Elçin Kazımlı, Nicat Səfiyev və Elçin Mustafayev saxlanılıb. Üstlərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman şübhəli şəxslərdən narkotik vasitə olan marixuana və metamfetamin aşkar olunaraq götürülüb.

Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sadiq Nəbizadə saxlanılan zaman onun üzərindən narkotik maddə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Bundan başqa, bölmə əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilindiyinə görə saxlanılan Vahid Ömərovun yaşadığı evə baxış keçirilən zaman oradan bir kiloqram çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Daxil olan məlumat əsasında keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çinarlı kənd sakini Bəkir İbrahimovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktlarla Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş