Səlcuq Bayraktar: "Qələbə üçün Rəbbimizə şükürlər olsun"
Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Hərbi Qənimətlər Parkında olub.
AYNA xəbər verir ki, o, bu barədə "Twitter"də paylaşım edib.
“Qarabağ qələbəsində ələ keçirilən hərbi maşınların sərgiləndiyi Qənimətlər Parkında olduq. Bu münasibətlə bir daha qələbə memarlarını, bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbə üçün Rəbbimizə şükürlər olsun”, - Bayraktar qeyd edib.


