Körpələrdən 2252-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəmdir
Bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68 min 129 körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 11,2-dən 10-a düşüb. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, doğulan uşaqlar arasında oğlan uşaqların xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 2252-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulub.
Cari ilin səkkiz ayında ölkədə 39 min 684 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6-dan 5,8-ə enib.