Şəkidə turist avtobusu dərəyə aşəıb

Hadisə

05.06.2022 - 19:57

FHN hadisə ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Müəllif: Ayna.az