Yanğın zamanı xəsarət alan olmayıb
Şəkidə geyim mağazası yanıb. AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, yanğın dünən rayonun İkinci Biləcik kəndində, kənd sakini Əbülfəz Süleyman oğlu Kərimova məxus mağazada baş verib.
Yanğın zamanı ümumi sahəsi 12 kv/m olan mağazanın yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Qax və Şəki rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb.