Gəncədə sirkə turşusu içən şəxs xəstəxanada ölüb
Gəncədə səhvən sirkə turşusu içən 30 yaşlı kişi xəstəxanada ölüb. AYNA xəbər verir ki, səhvən su əvəzinə sirkə turşusu içərək zəhərlənən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Fəxrəddin Əkbərov Bakıda yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.