Şəhidlərin ünvanına nalayiq ifadələr işlədən şəxs ruhi-əsəb xəstəsiymiş
Sosial şəbəkəkədə şəhidləri təhqir edən şəxsin kimliyi məyyənləşdirilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd olunub ki, yayılmış video görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalarla şəhidlərin ünvanına nalayiq ifadələr işlədən şəxs müəyyən edilib.
Həmin şəxs ruhi-əsəb xəstəsi olduğundan müalicəsinin davamı üçün qeydiyyatda olduğu dispanserə təhvil verilib.