Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib

Xəbərlər

21.11.2024 - 11:45

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər Kabineti qərar verib

Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti bu barədə qərar verib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 noyabr tarixli 485 nömrəli Qərarı Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli 145 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən qəbul edilib.

Qaydalara əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, eləcədə hər hansı bir səbəbdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılacaq.

Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılması üçün ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri təmsilçi olaraq uçota alınmış şəxsin vəfat etdiyi gündən etibarən 3 ay müddətində yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanına və yahud “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə ərizə ilə müraciət etməlidir.

Ailə üzvlərinin birgə razılığı əsasında ailənin üzvlərindən birinin təmsilçi olması yerli icra hakimiyyəti başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notarial qaydada təsdiq edilməlidir.

Bununla yanaşı uçota alınmış şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) ailə üçün kifayət etdiyi müəyyən edildikdə uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


A PHP Error was encountered

Severity: Notice

Message: unserialize(): Error at offset 52872 of 61440 bytes

Filename: drivers/Cache_file.php

Line Number: 275

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 202
Function: get

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 408
Function: get_cached_data_by_lang

File: /home/aynaaz/public_html/application/views/post/post.php
Line: 177
Function: get_popular_posts

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 353
Function: view

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 171
Function: post

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once