Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış edib

Xəbərlər

07.10.2023 - 13:48

cedabet dərman SEO Xidməti

Təhlükəsizliyə riayət etmək, ehtiyatlı olmaq tövsiyə olunub

İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına çağırış edib. AYNA xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan vətəndaşlarının nəzərinə - İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik", - paylaşımda qeyd edilib.

Azərbaycanın İsraildəki səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş