Saxlanılan şəxsdən "Makarov" aşkarlanıb

Xəbərlər

18.04.2025 - 10:42

Həkimlər Klinikalar SEO Xidməti

Qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş şəxs saxlanılıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 44 yaşlı əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Ağarəşidov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA.AZ-a verilən məlumata görə, həmin şəxsdən "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktla bağlı cinayət işi bașlanılıb, R.Ağarəşidov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş