Şarl Mişellə Paşinyan arasında qeyri-rəsmi görüş olub

Dünya

14.05.2023 - 08:04

Tərəflər regiondakı vəziyyəti müzakirə ediblər

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüş keçirib. AYNA erməni mediasına istənadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd edilib ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.

Mişel və Paşinyan Laçın yolundan danışıb, eləcə də İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi məsələsini müzakirə ediblər.

Müəllif: Ayna.az