Şarl Mişel: “Bakıda Sovet aqresiyasının qurbanlarının xatirəsini yad etdim”

Xəbərlər

18.07.2021 - 13:49

“Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır”

 

Azərbaycanda işgüzar səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Bakı Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı özünün “Twitter” hesabında paylaşımı edib.

 

AYNA xəbər verir ki, paylaşımda deyilir: “Bakıda Şəhidlər Xiyabanında Azərbaycana qarşı Sovet aqresiyasının qurbanlarının xatirəsini yad etdim. Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır və bizim Şərq tərəfdaşlığımızın ayrılmaz hissəsidir. Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir”.

Müəllif: Ayna.az