Saray qəsəbəsinə qazın verilişində fasilə yaranıb

Xəbərlər

30.03.2022 - 13:49

Həkimlər Klinikalar SEO Xidməti

Fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır

Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb. AYNA xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır: “Odur ki, “mavi yanacaq” təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş