Sankt-Peterburq aeroportunun fəaliyyəti bərpa edilib

Dünya

04.01.2025 - 15:20

Həkimlər Klinikalar SEO Xidməti

Məhdudiyyətlər uçuşun təhlükəsizliyinin təmin olunması məqsədi daşıyıb

Sankt-Peterburqun “Pulkovo” aeroportunda tətbiq edilən müvəqqəti məhdudiyyətlər ləğv olunub.

AYNA xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.

“Pulkovo”da bu gün yerli vaxtla 07:45-də tətbiq edilən 3 saatlıq məhdudiyyətlər sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyinin təmin olunması məqsədi daşıyırdı.

Məhdudiyyətin qüvvədə olduğu müddət ərzində 20 təyyarə ehtiyat aerodromlara yönləndirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş