Sandunun partiyası parlament seçkilərində qələbə qazanıb

Dünya

12.07.2021 - 10:36

Həkimlər Klinikalar SEO Xidməti

Moldovanın sabiq Prezidenti İqor Dodonun sədri olduğu Sosialistlər Partiyası isə 29,38 faiz səslə ikinci yerdədir

 

Moldovada keçirilən növbədənkənar parlament seçkilərində ölkə Prezidenti Maya Sandunun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyası qalib gəlib. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, seçki bülletenlərinin 97,21 faizi sayılıb.

 

Fəaliyyət və Həmrəylik Partiyası seçicilərin 49,76 faiz səsini toplayıb. Moldovanın sabiq Prezidenti İqor Dodonun sədri olduğu Sosialistlər Partiyası isə 29,38 faiz səslə ikinci yerdədir.

 

Qeyd edək ki, Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş