Şair Balayar Sadiq insult keçirib

Xəbərlər

22.10.2023 - 23:17

cedabet dərman SEO Xidməti

Şair huşsuz vəziyyətdə xəstəxanaya gətirilib

Şair Balayar Sadiq insult keçirib. AYNA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, Balayar Sadiq oğlu Əliyev huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib.

O, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra kompüter tomoqrafiyası edilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb.

Hazırda o, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş