Şahin Seyidzadənin deputat mandatına xitam verildi

Xəbərlər

17.03.2022 - 16:30

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəzi Seçki Komissiyasının iclasında qərar qəbul olunub

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. AYNA-nın xəbərinə görə, iclasda Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi müzakirəyə çıxarılıb.

MSK-nın qərarına əsasən Ş.Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Ş. Seyidzadə deputat mandatından imtina etməsi ilə bağlı MSK-ya müraciət edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş