Sahibə Qafarova Türkiyəyə gedib

Xəbərlər

25.10.2023 - 16:28

cedabet dərman SEO Xidməti

Spikerin qardaş ölkəyə səfəri başlayıb

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Türkiyəyə səfəri başlayıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova onu müşayiət edən nümayəndə heyəti ilə Türkiyə Respublikasına rəsmi səfərə gəlib. S.Qafarovanı hava limanında Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım və digər rəsmi şəxslər qarşılayıblar”, - paylaşımda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş