Spikerin G77 və Çin Qrupunun Zirvə görüşündə çıxışı nəzərdə tutulub
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 15-də G77 və Çin Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Kuba Respublikasının Havana şəhərinə işgüzar səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, səfər çərçivəsində Sahibə Qafarovanın G77 və Çin Qrupunun Zirvə görüşündə çıxışı nəzərdə tutulub.