Sahibə Qafarova Gürcüstana səfər edib

Xəbərlər

10.03.2025 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclis sədrinin Gürcüstan rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlib. AYNA xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib.

Tiflisin Şota Rustaveli Beynəlxalq Aeroportunda nümayəndə heyətini Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani, hər iki ölkənin səfirləri Zurab Pataridze, Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın Gürcüstan rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş