Şagirdlərin yerdəyişməsi prosesi başlayır

Xəbərlər

23.10.2023 - 11:17

cedabet dərman SEO Xidməti

Yerdəyişmə prosesi portal vasitəsilə həyata keçiriləcək

Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş