Şabran rayonunda bədbəxt hadisə baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.
Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.