Sabirabadda itkin düşmüş kişinin meyiti tapılıb

Xəbərlər

27.03.2022 - 13:36

Həkimlər Klinikalar SEO Xidməti

Sabirabad rayonunun Suqovuşan kəndində kişi meyiti tapılıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, həmin şəxsin Sabirabad rayonunun Əsədli kənd sakini, 1958-ci il təvəllüdlü Əsgərov Əsəd Gülmirzə oğlu olduğu müəyyən edilib.

Qeyd edilir ki, həmin şəxs 2022-ci il yanvar ayının 28-dən itkin düşüb.

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş