İntihar hadisəsinin səbəbi hələlik məlum deyil
Sabirabadda 26 yaşlı qadın intihar edib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərova Fərqanə Salam qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.