Sabahın havası: leysan olacaq

Xəbərlər

11.09.2023 - 13:22

cedabet dərman SEO Xidməti

Bakıda temperatur 23 dərəcəyə enəcək

Sentyabrın 12-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Gecə 16-19° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 14-18° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş