Sabahın havası: Bakıda yağış yağacaq

Xəbərlər

15.10.2023 - 18:41

cedabet dərman SEO Xidməti

Bəzi rayonlarda dolu düşəcək

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Gecə 13-16 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 %olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin səhərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Gecə 8-13° isti,gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş