Sabahın havası: Bakıda yağış yağacaq

Xəbərlər

25.08.2023 - 14:41

cedabet dərman SEO Xidməti

Rayonlarda da leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir

Avqustun 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 20-24° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-24° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş