Bakıda qısamüddətli az yağış yağacağı ehtimalı var
Avqustun 8-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Gecə 23-28° isti, gündüz 33-38° isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək. Gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.