Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

11.07.2023 - 15:42

cedabet dərman SEO Xidməti

Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək

İyulun 12-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək.

Gecə 20-24° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək.

Gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş