Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

02.06.2023 - 13:24

Bakıda 31 dərəcə isti olacaq

İyunun 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olub. Nisbi rütubət 65-75 % olacaq.

Rayonlarda havanın gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 15-20° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Müəllif: Ayna.az