Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

10.05.2023 - 14:11

cedabet dərman SEO Xidməti

Bakıda 22, rayonlarda 28 dərəcə isti gözlənilir

Azərbaycanda mayın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 23-28, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş