Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

12.05.2022 - 14:03

cedabet dərman SEO Xidməti

Bakıda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir

Mayın 13-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-13° isti, gündüz 18-22° isti, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş