Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

07.04.2022 - 13:51

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 19 dərəcə isti olacaq, dağlıq ərazilərdə qar yağacaq

Azərbaycanda aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 7-9° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş