Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

20.03.2022 - 14:45

Həkimlər Klinikalar SEO Xidməti

Martın 21-də paytaxtda hava əsasən yağmursuz olacaq

Azərbaycanda martın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gün ərzində mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunundan 770 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Rayonlarda havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş