Sabahın hava proqnozu

Xəbərlər

28.11.2023 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə hava əsasən yağmursuz olacaq

Azərbaycanda noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi arabir güclənəcək.

Gecə 5-8°, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş