Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Oktyabrın 6-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, yüksək dağlıq ərzilərdə 5°-dək şaxta, gündüz 8-13° isti olacaq.