Sabahın hava proqnozu

Xəbərlər

30.07.2023 - 13:41

cedabet dərman SEO Xidməti

Külək əsəcək, yağış yağacaq

İyulun 31-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Gecə 20-25° isti, gündüz 26-31° isti olacaq.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, şərq küləyi arabir güclənəcək. Gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş