Sabahın hava proqnozu: 18 dərəcə şaxta olacaq

Xəbərlər

26.02.2024 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda və rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir

Fevralın 27-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş