Sabahdan bu yolda nəqliyyatin hərəkəti məhdudlaşdırılacaq

Xəbərlər

29.07.2022 - 17:43

Həkimlər Klinikalar SEO Xidməti

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Sabunçu rayonunda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı məlumat yayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, iyulun 30-da saat 08:00-dan iyulun 31-i saat 20:00–dək Sabunçu rayonunun, Sabunçu qəsəbəsi, Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş