Sabaha olan hava proqnozu açıqlanıb

Xəbərlər

28.08.2022 - 13:28

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 36 dərəcə isti olacaq 

Avqustun 29-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş